İki rus taqımı minatəmizləmə avadanlığının çatışmazlığı səbəbindən ciddi itkilərə məruz qalıb...
Ukraynalılar Toretsk ətrafında əks-hücumlara keçir, Rusiya komandirləri isə Ukrayna Silahlı Qüvvələrinin bölgədə irəliləməsinə mane olmağa çalışır. Lakin bu həftə Andreyevka yaxınlığında hücuma cəhd edən Rusiya həmlə komandası sarsıdıcı məğlubiyyətlə üzləşdi və "qanlı pusquya" düşdü - bunların hamısı əsas avadanlıq çatışmazlığı səbəbindəndir.
Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, "Forbes" analitiki Devid Aksın yazdığı kimi, qrupun tam zirehli texnikası olsa da, görünür, kifayət qədər minatəmizləmə avadanlığına malik olmayıb ki, bu da onu uğursuzluğa məhkum edib.
ABŞ ordusunun təlim və doktrina Komandanlığının xəbər bülleteni üçün noyabr məqaləsində qeyd edildiyi kimi, Ukrayna Əfqanıstan və Suriyanı geridə qoyaraq Yer kürəsinin ən çox minalanmış ölkəsi olub. 2023-cü ilin yayında Ukraynanın əks-hücumunun son nəticədə dayanmasının əsas səbəbi Rusiya minaları idisə, indi artıq Ukrayna minaları Rusiya hücumlarının yalnız inanılmaz sayda qurbanlar hesabına məhdud irəliləyiş əldə etməsinin əsas səbəbidir.
Londondakı Kral Birləşmiş Xidmətlər İnstitutunun araşdırmasında deyilir: "Ukrayna qüvvələri hər gün hücumlar üçün istifadə olunacaq marşrutları təxmin etməyə, piyada və tank əleyhinə minaları yerləşdirməyə və Rusiya qüvvələrinin mövqelərə daxil olmamışdan əvvəl onları vurmaq üçün atəş hazırlamağa çalışırlar".
Aksın qeyd etdiyi kimi, kifayət qədər minatəmizləmə dəstəyi və ondan istifadə etmək üçün vaxtı olan Rusiya həmlə komandası potensial mina sahəsindən birbaşa hücum edə bilər.
Bununla belə, bu cür dəstək olmadan həmlə qrupunun ukraynalıların Rusiya həmlə qruplarının hara gedəcəyini və başqa bir marşrut seçəcəyini təxmin etməkdən başqa yolu qalmayacaq.
Andreyevka yaxınlığında baş verənlər də məhz bu idi. “Ehtimal ki, işğalçıların mina trolları ilə kifayət qədər texnikası yox idi və onlar minalanmış tarlalardan keçə bilməyiblər, ona görə də onlar bir asfaltlanmış yol ilə qrup halında hərəkət ediblər”, - “Militarnyi” nəşri yazır.
Nəticədə sıx şəkildə toplanmış və proqnozlaşdırıla bilən bir şəkildə hərəkət edən həmlə qrupu Ukrayna pilotsuz təyyarələri və kaset sursatları üçün asan hədəfə çevrilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ümumilikdə həmlə qrupu təxminən iki taqım əsgər və texnikadan ibarət olub və ən azı bir tağım məhv edilib. Ukrayna kəşfiyyatı yeddi məhv edilmiş və beş zədələnmiş avtomobili, həmçinin 18 həlak olan və yeddi yaralı rusiyalını qeydə alıb.